adalet.az header logo
  • Bakı 12°C

Hanı koronavirus? - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
113974 | 2020-03-07 10:00

Bu koronavirus bitişik yazılır ayrı yazılır bilmirəm.Tapsam özündən soruşacam ki, ay koronavirus, siz bir-birinizdənayrısınız ya bitişik. Amma deyəsən bizimkilər qərar verib ki, bitişik olsayaxşıdı. İkisini bir yerdə məhv edərik.

Koronavirus Çindən "razqon” götürdü. İndi deyilənlərəgörə bütün qitələrdə var. Bizdə də tapılıb. Özü də necə?

Deməli, koronavirushələ Çində efirə çıxan kimi düşdük səlahiyyətlilərin üstünə ki, bəs bizdəkoronavirus niyə yoxdu. Bizdə koronavirus mütləq olmalıdı. Ola bilməsin ki,bizdə koronavirus olmasın. Səlahiyyətli rəsmi bəyan elədi ki, yoxdu. Dedik, nədanışırsan, bu boyda gop olar, millətimizqırılıb batır, sən deyirsən ki, koronavirusumuz yoxdu. Axırı səlahiyyətligördü ki, biz məsuliyyət- zad qanmırıq çıxıb and içdi ki, vallah-billah bizdəkoronavirus yoxdu. Başqa da nəyə deyirsiniz and içim. Başladılar gülməyə ki, səlahiyyətliand içir. Heç səlahiyyətli də and içər?!

Ay camaat, bu səlahiyyətli rəsmi bəyanat verir,inanmırsız, day yazıq neyləsin. Sizi öz dilinizdə inandırmaq istəyir ki, bəlkəinanasınız. Siz də hara inanırsınız. Siz heç özünüz and içdiyinizə özünüz inanmırsınız. Ha ola ki, rəsminin andiçməyi ola. Neyləsin, ana-bacı söyüşü söysün?

Səs yazıları, video kadrlar telefonları bəzədi.Maska xətir-hörmətə mindi. Spirt, onsuzda, hörmətli idi. Xaş qazanları qaynadı.

Sonra biri bizdən gəlib keçib getdi. Getdiyi yerdə yoxlayıb onda koronavirus tapdılar. Yenəhay-küy qalxdı. Axı bizdə niyə koronavirus yoxdu? Və belə bir fikir dəyaratdılar ki, guya. var amma rəsmilər gizlədir.

Niyə gizlətsinlər ki? Çıxarıb qara bazardasatacaqlar? Ya koronavirus oğurluqdu?

Hər nəysə. Səlahiyyətlilər gördü ki, cammatbunlardan əl çəkən deyil. Bunlara koronavirus lazımdı. Naəlac qalıb axırdadedilər ki, bəs bizdə də bir nəfər koronavirusa yoluxub.

Maskanın qiyməti qalxdı sümüksüz ətin qiymətinə.Onsuz da, maskalıydıq birini də üstündən bağladıq.

Spirti içən day qaytarmadı. Öpüşməyi yığışdırdıq.Niyə? Ayə, bəs qoymayın üstümüzə koronavirus gəlir.

Məktəbləri bağladıq.

Koronavirusa şeir qoşuruq, qəzəl yazırıq, meyxanaguppuldadırıq.

Arsızıq.

İndi maska taxırıq, spirt içirik, öpüşmürük.

Ancaq milli tv-lərə baxırıq. Dünyəvi tv-lərdənyoluxma ehtimalı var. Bizim tv-lərmaskalıdı.

Bütün bunları edə-edə koronavirusu gözləyirik. Ohay-küyün qarşısında gərək ki, hər kəsin yan-yörəsində kimsə yoluxmalı idi. Hələki, bir yoluxan görən olmayıb. Amma hamı danışır. Hamı deyir ki, millətqırılır. Bu hansı millətdi anlamıram. Bu qırılanlar kimdi bilinmir.

Gözünüz görməyəni dilinizə gətirib, qələminizə alıbyaymayın.

Əgər səhvəmsə, bəs hanı koronavirus?



TƏQVİM / ARXİV