adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Mart 2020 12:13
34792
MARAQLI
A- A+

Kim deyir ki, ancaq bayağı şeylər trend olur?

Youtube elə bir məkana çevrilib ki, artıq öz istifadəçilərinə pul qazandırır. İstər bayağı bir şey, istərsə də faydalı bir şey olsun, əgər abonə sayın nə qədər çoxdursa, videolarına nə qədər çoxlu like gəlirsə və baxış sayı nə qədər çoxdursa, bir o qədər çox qazanırsan. Üstəgəl, trend olan bir video gördülərmi, dərhal şirkətlər öz reklamını sənin videonun üzərinə yerləşdirmək istəyir. Qıraqdan baxana asan görsənir, amma youtube-da hər "bu mütləq partladacaq” düşündüyün video trend ola bilmir. Çünki youtube müəyyən alqoritmlərlə işləyir. Videonu yerləşdirərkən bu alqoritmlərlə işləməlisən. Ki, bu işin də sırf peşəkarları var. Onlar bu sahə üzrə mütəxəssisləşiblər.

Yəni maraqlı bir video çəkdim, tutuzdurdum məsələsi deyil.

Nəzərə alsaq ki, youtube-da öz istifadəçilərinə pullu reklam fürsəti verir, demək ki, bir videonun böyük kütlələrə çatması həm də pul tələb edir.

Bu gün youtube-un trendinə daxil olan azərbaycanlılar, yəni bəyənmədiyimiz "müğənnilər”, bu baxış saylarını həm də pulun hesabına əldə edirlər. O videoların statistikasını əldə etsəniz, mütləq ki, baxışların yarısından çoxu başqa ölkələrin payına düşəcək.

Və nəzərə alsaq ki, bir istifadəçidən bir videoya maksimum 300 baxış gedə bilir, nəticədə deməli, 300000 baxışı olan bir videoya maksimum 1000 adam baxıb.

Dəfələrlə saxta yollarla baxış artıran kanalların bağlandığını görmüşük.

Bu kanalların trend olmasının göstəricisi videolarına gələn baxış sayından çox, kanala abonə olanların sayıdır. Yəni mən belə düşünürəm.

Siz elə bilirsiz ki, bu video məkanda ancaq bayağı şeylər trend olur?

Xeyr.

İndi sizə tövsiyə edəcəyim adamın youtube-da 5 milyona yaxın abonəsi var.

Adı Barış Özcandı.

Artıq 2 aydan çoxdur ki, bu adamı izləyirəm.

23 iyul 1974-cü ildə İstanbulda doğulub. İxtisasca hüquqşünasdı. Evlidi, 1 övladı var.

Nyu-York və İstanbulda Adobe, BASF, THY, LC Waikiki, Türk Telekom, LinkedIn, NYMag, TimeOut New York kimi markalara məsləhətçilik edir və sosial media xidməti göstərir.

Bununla yanaşı öz sənədli filmlərini youtube-da paylaşır. Sənət, dizayn və texnologiya ilə bağlı hekayələrini 4 milyondan çox adam 300 milyon dəfə izləyib.

Bundan əvvəllər Photoshop, Flash, PDF kimi proqram məhsullarını inkişaf etdirən, Adobe-da 6 il müddətində Ağ dəniz ölkələri sarış müdirliyi edib.

TRT, Əl-Cəzirə, CNN Türk kimi kanallarda sənədli filmlər hazırlayıb.

Bu günə kimi içində TEDx-ın də olduğu müxtəlif konfranslarda 600-dən çox çıxışı olub.

YouTube'un dünya səviyyəsində seçdiyi 12 dəyişiklik elçisindən biri oldu.

Yəni Barış Özcan sıradan bir videobloqer deyil.

Onu bu qədər böyük kütləyə çatması həm də nəql etmə qabiliyyətinin yüksək olması ilə bağlıdır ki, indiyə qədər konfranslardakı 600-dən çox çıxışı da bunun göstəricisidir.

Barış Özcan haqqında bildiklərim bu qədərdir.

Sizə bu yazı ilə onu tanıtmaq istədim.

Qalanı sizlikdir…

Youtube-a girin, adını axtarın, izləyin….