adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Mart 2020 12:00
12249
DÜNYA
A- A+

Dünya Bankı koronavirusla mübarizəyə 12 mlrd. dollar ayırır

Dünya Bankı yoxsul ölkələrə koronavirusun yayılmasının vətəndaşların sağlamlığına və iqtisadiyyata təsirlərini aradan qaldırılmasına 12 mlrd. ABŞ dolları məbləğində təcili dəstək paketinin ayrılmasını elan edib.

Maliyyələşdirmə inkişafda olan ölkələrə sağlamlıq sistemlərini gücləndirməyə və epidemiyanın iqtisadi təsirini azaltmaq üçün özəl sektorla əməkdaşlığı artırmağa kömək etmək məqsədini daşıyır.

Dünya Bankının prezidenti Devid Malpass jurnalistlərə açıqlamasında vəsaitlərin sorğuların təhlili əsasında paylanacağını bildirib. Dəstək 8 mlrd. dollarlıq yeni vəsait və 4 mlrd. dollarlıq yenidən yönəldilmiş mənbələrdən ibarət olacaq.