adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Mart 2020 11:23
38320
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: UNUDULMAĞIN CİZGİLƏRİ...














Bir az sağ yaxındı, bir az sol uzaq
Bir az zəng gecikir... bir az yol uzaq...
Bir az da əlini tutur qol, uzaq -
Beləcə başlayır unudulmaq da...

Bir az xəyal çəkir, bir az da yuxu
Bir az göz aldadır... bir az da qoxu...
Bir az da yan keçir kirpiyin oxu -
Beləcə başlayır unudulmaq da...

Bir az ürək şıltaq... bir az da yaddaş
Bir az qayğı yükü... bir az qəm adaş...
Bir az biganəlik bağıra badaş -
Beləcə başlayır unudulmaq da...

" Bir az"-lar ömürdən kəsib götürür...
"Bir az"-lar ürəyi əzib ...öldürür!..
"Bir az"-lar küləkdi - əsib, ötürür-
Bitir, unudulur... unudulmaq da...