adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Mart 2020 11:17
32782
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: UZAQ...












Mən sənə oxunmuş kitabam artıq
Qatlayıb atmısan gözündən uzaq...
Əsəbi, ağrını büküb sən göndər -
Çəkim, təki olsun özündən uzaq!..

Alın turşumasın, dodaq əsməsin
Dişlərin sıxılıb , səbri kəsməsin...
Təki baxışların məndən küsməsin -
Düşməsin adım da sözündən uzaq...

Tanrı dərgahında sevgiyə şamam
Dinim də Sevgidi, özüm də şaman!
Yandıqca qəlbimdi əriyib daman -
Damlalar düşməsin közündən uzaq...

Çapılmaz qayadı- sərtdi bu xiffət
Hətta sağalmayan dərddi bu xiffət!
Gözüylə gözündən dərdi Əbülfət -
Son damlan düşməsin üzümdən uzaq !