adalet.az header logo
  • Bakı 11°C
04 Mart 2020 10:49
11478
GÜNDƏM
A- A+

İlham Əliyev Daxili Qoşunların “N” saylı hərbi hissəsinin açılışında iştirak edib

Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.