adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Mart 2020 23:27
10215
MƏMLƏKƏT
A- A+

Müdafiə Nazirliyinin rəhbərliyi Od çərşənbəsini şəxsi heyətlə birlikdə qeyd edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin rəhbər heyəti Od çərşənbəsi və hərbi hissənin yaranmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.

APAMüdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bayram şənliyində iştirak edərək Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb.

Tədbirdə çıxış edən general-mayor Hikmət Həsənov, Tərtər rayon Icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və digərləri hərbi hissənin keçdiyi döyüş yolundan, digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də ölkəmizdə uğurla həyata keçirilən islahatlardan danışıblar. Mərasim iştirakçıları keçirilən genişmiqyaslı komanda-qərargah təlimlərinin də hərbi qulluqçuların peşəkarlığının və hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi qeyd ediblər.

Dövlətimizin diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətinin, döyüş ruhunun yüksək olduğunu vurğulayan hərbi qulluqçular torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olduqlarını bildiriblər.

Bayram tədbirində xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib. Tədbir bayram tonqalı ətrafında davam etdirilib.