adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Mart 2020 21:00
11699
MƏMLƏKƏT
A- A+

Qayda pozan YPX avtomobili ilə bağlı araşdırma başladı - RƏSMİ

Bakı polisi qayda pozan YPX avtomobili ilə bağlı araşdırmalara başlayıb.

Bununla bağl Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, araşdırmalardan sonra həmin avtomobili idarə edən polis əməkdaşları ilə bağlı tədbirlər görüləcək.

Qeyd edək ki, Zabrat qəsəbəsində 99-YP-747 dövlət nömrə nişanlı, BMW markalı avtomobil 1.3 üfüqi nişanlama xəttinin tələblərini pozub. Görüntülər sosial şəbəkədə paylaşılıb.