adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Mart 2020 16:15
27632
KRİMİNAL
A- A+

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini E.Qasımov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 850 qram heroin, 555 qram marixuana, 800 ədəd metadon həbi və elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.