adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Mart 2020 14:43
53901
DÜNYA
A- A+

“Ərəb baharı” belə başlamışdı - Hicabı qadağan etmişdi

"Bütün Tunislilərə səslənmək istəyirəm.Burada və xaricdə yaşayan hər kəsə öz dilimizdə səslənirəm. Hər şeyin başa düşülməsi üçün. Çünki vəziyyət radikal dəyişiklik məcburiyyəti yaradır. Əlbəttə, radikal dəyişiklik məcburiyyət halına gəlib. Mesajınızı anladım. Hər kəsi anladım. Işsizləri, siyasətçiləri və daha artıq azadlıq istəyənləri anladım. Ancaq bu gün Tunisdə olub bitənlər bizim vərdiş etdiyimiz şeylər deyil.”

Zeynəlabidin Bin Əli

(Qaçmamışdan bir gün öncə xalqa səslənərkən)

"Ərəb baharı” adını qoyduğumuz domino effektindən 9 il ötür. Hər nə qədər bahar desək də baş verənlər qış fəsliylə gəlmişdi. Tunisdə başlayan olaylar yaz boyu digər ərəb ölkələrinə də yayıldı.

Islam ölkələrinin başına bəla olan iqtidarların ən sabit qədəmlilərindən idi. Ən sarsılmaz göründüyü bir anda adi satıcının özünü yandırmasıyla devrildi. 14 yanvar 2011-ci ildə arxasına baxmadan qaçdıqdan sonra 23 ildir dəmir yumruqla idarə etdiyi Tunis də rahat nəfəs aldı...
Sabitlik və iqtisadi inkişafa baxmayaraq heç bir müxalifə nəfəs almağa imkan verməyən Bin Əli fransız müstəmləkə sisteminin meyvələrindən biriydi. Fransa və Amerikada təhsil aldıqdan sonra təhlükəsizlik orqanlarında vəzifəsi sürətlə yüksəlmiş, bir müddət isə Polşada səfir işləmişdi. Bir saray qiyamıyla, böyük səs-küy yaratmadan müstəmləkəçilik dövründən sonra ilk dövlət başçısı olan Habip Burgibayı devirmədən öncə, 1987-ci ildə baş nazir olmuşdu.

Baş örpəyini qadağan etdi


Bin Əli bir müddət sonra "səhhəti ölkəni idarə etməyə qadir deyil” bəhanəsiylə Burgibayı idarəçilikdən kənarlaşdırdı və ipləri öz əlinə aldı. Düzdür, Burgiba da heç də yaxşı biri deyildi. Bin Əli tərəfindən səhnədən çıxarılmamışdan öncə özünü ömürlük dövlət başçısı seçdirmişdi. Fransızların dalğasından keçən, müasir millətçi diktator obrazıydı. Tunisdə müasirliyin gözünü çıxartmış, evlərdən xaric hər yerdə baş örpəyi geyməyi qadağan etmiş, məscidlərdə müəyyən edilmiş saatlardan xaric namaz qılınması məhdudlaşdırılmış və hətta dövlət işində çalışanların oruc tutması və namaz qılması rəsmən qadağan edilmişdi. Bu iki ibadətin işləyənlərin məhsuldarlığını aşağı saldığını iddia edirdi.
Tunisin qərbyönlü siyasətində və "radikal islama” qarşı siyasətində heç bir dəyişlik olmayacağını yəqin edildiyinə görə bu saray çevrilişinə görməzdən gəlmişdilər. Önəmli olan inanılan birinin iqtidara gəlməsiydi.
Tunis xalqı "Burgibadan daha pisi olmaz” düşünərək bu iqtidar dəyişikliyini məmnuniyyətlə qarşıladı. Zatən itirəcək bir şeyləri yox idi. Ölkə hər yöndən pərişan halda idi. Bin Əli iqtidarının ilk günlərində demokratiyaya keçiləcəyini vəd etmişdi, amma 1989 və 1994-cü illərdə keçirilən hər iki seçkidə rəqibsiz seçimlərə girmiş, xalqın "yüzdə, bilmirəm 90 neçə” səsini alaraq yerini mökəmlətmişdi. 1999-cu ildə çox partiyalı seçkilər gündəmə gəlsə də dəyişən bir şey olmadı. Bin Əli seçki sandıqlarını silib süpürür, çıxan tozdan "ölkənin düşmənləri” gözlərinin önünü görə bilmirdi. Lakin bir poroblem var idi. Diktator adı qoyulmasa da ortada konstitutsiya və o konstitutsiyanın dövlət başçılarının hakimiyyətdə olma müddətini məhdudlaşdıran maddələri var idi. 2009-cu ildə son dəfə beş illiyə seçiləndə səsləri 90%-in bir az aşağısında idi.

Partlayış üçün qığılcım gözlənilirdi


Bin Əlinin dövründə ölkə sabit iqtisadi inkişaf yaşadı. Amma bu zənginlik heç vaxt dabana enmədi. Bununla birlikdə qadın haqları və iqtisadi islahatlar sahəsində gözlə görünən işlər görülmüş, Tunis sahilləri avropalı turistlər arasında populyar olmuşdu.Yenə də gənclər arasında işsizlik faizi çox yüksək idi, şəhərdə həyat insanı canından bezdirəcək qədər kasıb idi. Partlayış üçün sanki bir qığılcım gözlənilirdi...
Hər nə qədər ölkə turizm yoluyla qərbə açıq görünsə də, bu açıqlıq sadəcə qumda özünü günəşə verən turistlərlə məhdudlaşırdı. Siyasi nümayişlərə əsla izn yox idi. Müxaliflər ölkə xaricinə qovulur, ya da daxildə öhdələrindən gəlinirdi. Bin Əlinin hər küncdən çıxan nəhəng portretləri onu eynilə BAAS rejiminə oxşadırdı.

Vikileaks sonuna çıxdı
Kasıbçılığın tüğyan etdiyi ölkədə 26 yaşlı Muhamməd Buazizi də bir çoxları kimi səyyar tacirlik edirdi. Lakin 2010-cu ilin 17 dekabr günü onun üçün yaxşı başlamamışdı. Səlahiyyətlilər onun tərəvəz arabasını müsadirə etmiş, etiraz etdikdə isə həmin qadınlardan birinin silləsi sifətində partlamışdı. Onu ac buraxan rejimin bir də məmurları tərəfindən təhqir olunmasını özünə sığışdırmayan Buazizi özünü yandırıb həyata vida etməyi seçdi. Alov içində bu dünyaya əlvida edərkən, üzünə dəyən sillənin bu rejimin sifətinə dəyəcəyi görəsən, ağlına gəlmişdi?
Buazizinin özünü fəda etməsiylə xalq ayağa qalxdı. Bir də bununla yanaşı gizli sənədlərdə çürümüş rejimlərin və amerikan hökümətinin qorxulu röyası olan internet saytı Vikileaksın ifşaları ortaya çıxdıqdan sonra küçələr qarışdı. Saytın 2010-cu ilin dekabrında yayımladığı 2008-ci il tarixli sənədlərində dövlət başçısı və arvadının mafiya tərzi ilə ölkənin bütün qaynaqlarını ailəlikcə necə mənimsədiyi və böyük bir sərvətə sahib olduqlarına dair məlumatlar diqqət çəkirdi. 14%-lik işsizliyə sahib olan ölkədə diplomlu işsizlərin partlayış nöqtəsinə gəlməsi amerikalı səfirin raportlarında da yer alırdı. Düzdür, bunları Tunisdə hamı görə bilirdi, amma ölkədəki qanunsuzluqların artıq bütün dünyaya məlum olması tunislilərin səbrinə benzin tökdü.
Buazizinin başına gələnlər qığılcım effekti verdi. Facebookla təşkilatlanan işsiz gənclərin cənubda başlatdığı hakimiyyət əleyhinə nümayişləri bir ay içində ölkənin hər yanına yayıldı. Işsizliyə və sosial bərabərsizliyə etiraz nümayişləri toqquşmalara çevrildi. Polisin sərt müdaxiləsi nəticəsində 80-dən çox adam həyatını itirdi. Olub bitənləri təəccüb içərisində izləyən Bin Əli küçəyə çıxmaq qadağası qoydu. "Ölkənin sabitliyini pozanlara uymayın” adlı çox məşhur mahnını oxuyurdu. Diqqətə alınmamasını gördükdən sonra daxili işlər nazirini istefaya göndərdi. Xalqın sakitləşmədiyini görən Bin Əli höküməti istefaya göndərdi. Nümayişlər gücləndikcə o da hakimiyyətdə qalmağın yollarını axtarırdı. Ən sonda televiziyalardan xalqa səslənmək məcburiyyətində qaldı. 6 ay sonra seçki keçiriləcəyini və bu dəfə namizəd olmayacağını açıqladı. Amma bütün bunlar işə yaramadı. Küçələrdəki qəzəb bir an olsun sakitləşmirdi. Yolun sonuna gəldiyini anlamışdı. Özündən əvvəlkilər kimi çarəni qaçmaqda gördü.

Kimsə üzünə baxmadı...


Devrilmiş dikator sığınmağa bir liman axtarırdı və ağlına gələn ilk yer onun taleyində önəmli rol oynayan Fransa oldu. Ölkəsindəki islamçı hərəkatlara göz açmağa imkan vermədiyinə görə böyük rəğbət aldığı Fransa ona qucaq açmayıb da kim açacaqdı?
Gözlədiyi kimi olmadı. Fransa qapılarını açmadı. 2008-ci ildə ölkəsinə səfər zamanı ölkənin qızıl mədənlərinin açarını təslim etdiyi Fransa prezidenti Sarkozi dikatoru ilk üzü üstə buraxan lider oldu. Fransızlar " Bin Əli Fransaya gələ bilməz” deyərək eks müstəmləkəsiylə bağlı dəftəri bağladı. Ardından isə Malta və İtaliyanın vetoları gəldi. Digər Avropa ölkələri də qapını bağlamışdı. Bunda təəccüblənəcək bir şey yox idi. Avropa hər zaman öz mənafeyinin mühafizəçiliyini edən diktatorları pis günündə ilk üzü-üstə buraxan olmuşdu. Ən azından bu barədə sabitqədəm idilər. Bin Əli də istisna olmadı. Ən sonda qaçacağı yeri tapdı. Eynilə illər öncə İdi Aminə etdiyi kimi, Bin Əliyə də qapılarını açan Səudiyyə Ərəbistan olmuşdu. Tunis lideri Ciddəyə getdi. Artıq devrilmiş diktator kimi ömrünü bitirməyə hazırlaşarkən Tunis qarışıq amma bir o qədər də ümid verici gələcəyə doğru addımlayırdı...

*Əslləri Kartaca mədəniyyətinə dayanan Tunis XVI əsrdə Osmanlı və İspaniyanın Aralıq dənizində hakimiyyət uğrunda mübarizəsinə səhnə olmuşdu. 1574-cü ildə türklərin əlinə keçdi. 18-ci əsrdə Osmanlı zəiflədikdən sonra Tunis 78 il ərzində fransızların idarəçiliyinə keçdi. 1956-cı ildə müstəqil olan Tunisin ilk lideri Habib Burgiba olub.
*Tunis hakimiyyəti xüsusilə 90-cı illərin əvvəlindən etibarən xalq arasında nüfuzunu artıran İslamçı Nahda(Yüksəliş) Partiyasına qarşı sərt tədbirlər görmüşdü. 1992-ci ildə Əlcəzairdə İslamçı hərəkata qarşı aparılan hərbi zərbələri ilk dəstəkləyənlərdən biri də yenə Tunis idi.
*Bin Əli rejimi mətbuat azadlığı baxımdan dünyanın beş ən pis ölkəsindən biri idi. Bir çox fransız qəzeti yoxlanıldıqdan sonra ölkəyə buraxılarkən müxalif internet saytları ciddi şəkildə nəzarət altında idi. Ölkədə sadəcə hakimiyyət yönlü media var idi və hər gün nə olursa, olsun dövlət başçısı , ya da ailəsi ilə bağlı xəbər vermək məcburiyyətində idilər.
*Universitet məzunlarının yarısından çoxu işsiz idi. Gündəlik ərzaq məhsullarının qiymətinin son illərdə get-gedə artması xalqı partlayış nöqtəsinə gətirmişdi.
*Qərb mediasının Bin Əli rejiminin yıxılmaması üçün Tunisdəki iqtisadi və siyasi qanunsuzluqlara yer vermədiyini söyləyən jurnalist Catherina Graciet " La regente de Carthage” adlı kitabında Tunisdəki qanunsuzluqlardan yazmışdı. Graciet " qərblilər ölkədəki müxalif islamçıları gücləndirə biləcəyi səbəbinə görə qanun pozuntuları xəbərlərinə görməzdən gəldilər” deyirdi.

Tərcümə etdi: Emin PİRİ