adalet.az header logo
  • Bakı 11°C
03 Mart 2020 14:39
16799
SİYASƏT
A- A+

Kreml Putin və Ərdoğan görüşünün mövzusunu açıqladı

Kreml Rusiya və Türkiyə prezidentləri Vladirmir Putinlə Rəcəb Tayyib Ərdoğanın martın 5-də görüşəcəyini təsdiqləyib.

Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir ki, liderlər İdlibin de-eskalasiya zonasında gərginləşməni nəzərə alaraq, Suriya böhranının həlli yollarını müzakirə edəcəklər.

"Martın 5-də Prezident Putin Rusiyaya işgüzar səfərə gələcək Türkiyə Prezidenti Ərdoğanla danışıqlar aparacaq. Tərəflər İdlib de-eskalasiya bölgəsindəki vəziyyətin gərginləşməsi nəzərə alınaraq, Suriya məsələsini müzakirə edəcəklər”.