adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Mart 2020 09:30
18043
ŞOU-BİZNES
A- A+

“Məni parodiya eləmə, haaa” - Xatuna həmkarından qadağa...

Müğənni Xatun Əliyeva durmadan həmkarlarını parodiya edir. Həm dayanmır, həm də sənət adamlarının onu təhdid etməsindən danışır:

"Verilişlərə gedirəm, aparıcılar məni həvəsə gətirir. Başlayıram hamını parodiya etməyə. Amma sonra qarğışlar yazırlar. Məcbur olub cangüdənlə gəzirəm. Verilişə gələndə bir nəfər qarşıma şərt qoydu: ya parodiya, ya mən. Amma əl çəkə bilmədiyim vərdişimdir. Bu yaxınlarda Almaz Ələsgərova ilə eyni məclisdə idik. Məni təqdim etdi və dedi: "Məni parodiya edir, amma incimirəm”. 

X.Əliyeva daha sonra yorulmadan-dincəlmədən xalq artisti İlhamə Quliyevanı, müğənni Nazənini, Xumar Qədimovanı, xanəndə Elnarə Abdullayevanı parodiya etməyə başlayır.

Axır günlərin bir günü əməkdar artist Xumar Qədimova həmkarı Xatuna qadağa qoydu.

Adalet.az xəbər verir ki, Xumar onu parodiya edən Xatuna qarşı çıxıb. Belə ki, məclislərin birində Xatunla qarşılaşan Xumar Qədimova həmkarına bir də onu parodiya etməməsini bildirib. Xatunda eləməyib tənbəllik bu "hədə” yosun xahişi efirdə açıqlayıb. Növbəti verlişləri gözləyək görək "huylu huyundan” əl çəkəcəkmi?

Əntiqə Rəşid