adalet.az header logo
  • Bakı 18°C
05 Mart 2020 09:33
41413
ŞOU-BİZNES
A- A+

Elmanın iki sevinci - koreyalı gəlin xoşbəxt edir...

"Yeni Ulduz Fabriki” musiqi layihəsinin finalçısı, Sumqayıtda boya-başa çatan Elman Zeynalov Rusiyada tanınmış müğənnidir. O, Moskvadakı vitrin salonlarının sahibi, koreyalı model Marqarita Tsoi ilə ötən ilin dekabrında ailə qurdu. Hazırda Moskvada gözəllik salonu olan o Marqarita "Dom 2” yarışmasının iştirakçısı Maksim Vaytexoviskinin keçmiş xanımı olub.

Uzun sözün qısası, indilərdə xəbər tutmuşuq ki, koreyalı gəlinimiz Marqarita Zeynalova ərini də, onun nəslini, kökünü də sevindirib. Həmyerlimiz Elman Zeynalov iki xəbərin sevincini yaşayır.

Adalet.az xəbər verir ki, sənətçi sosial şəbəkədə ata olmağa hazırlaşdığını bildirib. Bu birinci xəbərə belə bir cümlə də əlavə edib: "Ata olacam. Həyat yoldaşımı dəlicəsinə sevirəm. Xoşbəxtəm” .

Müğənninin elan etdiyi ikinci xəbər isə xəyalında olan avtomobili alması ilə bağlı olub. Elman "Porsche 911 Carrera S” maşınını özü özünə hədiyyə edib.



Bilsəniz, sözügedən avtomobilin qiyməti Rusiyada neçəyədir...? 7 milyon 222 min rubldır. Bizim pulla təxminən, 185 min manatdı.

Qeyd edək ki, həmyerliləri Elman Zeynalovu daha çox bir hadisə ilə bağlı daha çox xatırlayırlar. O,ötən ilin aprel ayında Qazaxıstanda çəkilən klipini təqdim etdi."Уставший город" adlı mahnısında erməni həmkarı Artur Bestlə duet oxudu. O, daha sonra ailəsi ilə birgə Rusiyanın Rostov şəhərinə köçüb. Müğənni Rusiyada qatıldığı yarışma ilə məşhurlaşıb.

Artur Best isə erməni əsilli ifaçı və bəstəkardır. O, "Qolos", "X – factor" kimi yarışmaların iştirakçısı olub. Elman Zeynalov Sumqayıtda doğulub və elə buna görə, sumqayıtlılar onu tez-tez yada salırlar...

Əntiqə Rəşid