adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Mart 2020 09:00
26009
ŞOU-BİZNES
A- A+

Elzadan Manafa ikinci atmaca: "Villa, ən bahalı brilliant, gümüş zibilqabı…”

Müğənni-bəstəkar Elza Seyidcahanın hədəfində yenə müğənni Manaf Ağayevdi. Növbəti açıqlamasında da Manafa atmaca atmaqdan özünü saxlaya bilməyib. Əvvəlcə yadınıza salaq! M.Ağayev bir verilişdə onunla birlikdə qonaq olan bəstəkar Nadir Əzimovdan bayağı mahnılar ifa edən müğənniləri tərifləməsini istəmişdi. Verlişlərin birində Elza xanım həmkarının həmin istəyinə belə bir açıqlama vermişdi:

"Biri var bir qarınlıq çörək, bir də var ki, ümumbəşəri çörək. "Bizə çörək lazımdır, əsər yox”. Vay-vay-vay... Çox ağladım. Çünki belə ucuz sözlərlə klassik-milli-musiqi ənənələrimizi məhv etmirikmi? Efir əlimizdədir deyə, çıxışlarımızda çox ehtiyatlı davranmalı deyilikmi? Axı gələcəyimiz, gənclərimiz, balalarımız üçün efir əsas nümunədir. Ulularımız, dahilərimizin əzab-əziyyətlə, bir qarınları tox, bir qarınları ac ola-ola xalqımız üçün yaratdıqları gözəl sənət məbədlərini uçuruma yuvarlayıb bədxahlara satmırsınızmı? Yediyimiz bir qarın çörəyi qarnımıızda saxlaya bilmiriksə, aldığımız bu villaları, bahalı maşınları, zinət əşyalarını özümüzlə qəbirə apara bilmiriksə, o zaman qarnımız üçün yox, ululardan bizə qalan qiymətli mirası bir qarın çörəyə satmağa dəyərmi?! Bizə bir qarın çörək lazımdır, yoxsa əsər? Ac qarnıma o qədər gözəl əsərlər bəstələmişəm ki, hələ də, o əsərlərim nəslimin, gələcəyimin qarnını doydurur, doyduracaq da.

Fikrət Əmirovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Tofiq Quliyevin Tahir Əkbərin, Faiq Nağıyevin, Firəngiz Əlizadənin, Xəyyam Mirzəzadənin, Aqşin Əlizadənin simfonik əsərləri, Nadir Əzimovun Vağzalı balladası hələ çox gəlinləri, anaları, musiqiciləri duyğulandırıb, kövrəldib, xoşbəxt edib qidalandıracaq. Bax, əsl çörək budur! Əsərimiz varsa, ümumbəşəri çörəyimiz də var!”.

İndi də gələk yeni atmacanın üstünə....Əməkdar artist "Toliklə Səmimi" verilişində qonaq olub.

Adalet.azxəbər verir ki, müğənni proqramda bir çox maraqlı məqamlara toxunub. Belə ki, Elza Seyidcahan bildirib ki, indiki bəzi müğənnilər sənət göstərmək istəmirlər:

"Verilişlərin birində eşitdim ki, Manaf Ağayev deyir, bizə çörək lazımdır, əsər yox. Bu söz mənə çox təsir etdi. Ümumiyyətlə, indi bir çox musiqiçilərin ağzına düşüb, nəsə deyəndə deyirlər "çörək var orda?" Bunu deməklə həmin musiqiçilər sənətlərini kiçildirlər. Ona görə bir dəfə Manafı çağırdım ki, gəl, sənə musiqi verim, onu ifa et. Sənət nümayiş etdir. Əslində Manaf onu oxuyacaq müğənnidir. Yəni bunu bacarar. Amma istəmədi. Təklif etdim ki, gəlin tərzimizi dəyişək. Getsən Manaf Ağayevin evinə, bəlkə elə həyətinə qoyduğu zibilqabı gümüşdəndir. Əgər Manaf bəy keyfiyyətin nə demək olduğun bilmirsə, niyə zibilqabın gümüş işlədir. Niyə istəyirik ən yaxşı villa, ən bahalı brilliant bizdə olsun. Eləcə də bu bahalı sənət Azərbaycanındır. Onu qorumalıyıq".

Qeyd edək ki, Manaf Ağayev Elza xanımın hər iki atmacasını cavabsız buraxıb. Yəqin ki ya özünün "haqq” olduğuna inanır, ya da zərif zümrəyə hörmət əlaməti olaraq susur...Yaxın günlərdə səsi çıxar...