adalet.az header logo
  • Bakı 17°C
02 Mart 2020 21:11
12606
DÜNYA
A- A+

Böyük Britaniyanın Xarici İşlər naziri sabah Türkiyəyə səfər edəcək

Böyük Britaniyanın Xarici İşlər Naziri Dominik Raab sabah Ankaraya səfər edəcək.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Britaniya XİN-in yaydığı bəyanatda deyilib.

Səfər çərçivəsində Dominik Raab Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Bəyanatda qeyd edilib ki, bu səfər Britaniyanın özünün NATO müttəfiqi olan Türkiyə ilə yaxın dostluğunu və bu ölkəyə davamlı dəstəyini bir daha təsdiqləyəcək.