adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Mart 2020 19:42
20415
SİYASƏT
A- A+

Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın tərkibi dəyişdi - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Naxçıvan Muxtar Respublikasının Baş naziri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri (məsul katib).