adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Mart 2020 19:33
12759
DÜNYA
A- A+

Türkiyənin Müdafiə Naziri: Bahar Qalxanı Əməliyyatı çərçivəsində 2557 rejim ünsürü zərərsizləşdirilib

Türkiyənin Müdafiə naziri Hulusi Akar, Bahar Qalxanı əməliyyatı çərçivəsində bu günə qədər 2 döyüş təyyarəsi, 2 PUA, 8 helikopter, 135 tank, 5 hava hücumundan müdafiə sistemi və 2557 rejim ünsürünün zərərsizləşdirildiyini bildirib.

Müdafiə naziri Bahar Qalxanı əməliyyatının planlaşdırıldığı şəkildə müvəffəqiyyətlə davam etdirildiyini, Türk Silahlı Qüvvələri tərəfindən bütün hücumlara misliylə şiddətli və sarsılmaz bir şəkildə cavab verildiyini qeyd edib.

Hulusi Akar "Ölkəmizin və nəcib millətimizin suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi və qəhrəman qazilərimizi hörmətlə yad edir, həyatda olan qazilərimizə, şəhid və qazilərimizin dəyərli ailələrinə, nəcib və vəfalı millətimizə hörmət və minnətdarlığımı bildirirəm. İdlib başda olmaqla quruda, dənizdə və havada, ölkə daxilində və sərhədlərindən kənarda çətin hava və ərazi şəraitlərində nəcib millətimizin sevgisi, inamı və dualarından aldığı ilhamla vəzifələrini qəhrəmanlıq və fədakarlıqla yerinə yetirən qəhrəman silahdaşlarımıza can sağlığı, qəzasız, bəlasız, xeyirli və uğurlu vəzifələr diləyirik.” - deyə bildirib.