adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Mart 2020 18:36
10086
MƏMLƏKƏT
A- A+

Baharın gəlişi ilə əlaqədar milli parklarda tədbirlər keçirilcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin dirçəlişini, baharın ilk əlamətlərini vəhşi təbiət qoynunda müşahidə etmək istəyənlər üçün Azərbaycanın milli parklarında tədbirlər keçirir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 3 mart tarixində Göygöl milli parkı, od çərşənbəsində yazın və təbiətin oyanışını görmək məqsədilə ekotur və bayram tədbiri, 10 martda Qızılağac milli parkı, yel çərşənbəsində "Yurdumuza bahar gəlir” adlı sərginin təşkili və bayram tədbiri, 14 martda Abşeron Milli Parkı, park ərazisinin qədim zamanlardan sevgiyə inanc gətirən yer olması ilə bağlı əfsanənin müasir konseptdə təqdimatı - "Sevgi qapısı"nın açılışı, 17 martda Hirkan Milli Parkı, torpaq çərşənbəsində parkın füsunkar təbiəti ilə yaxından tanışlıq və bayram tədbiri, 21 martda Şirvan Milli Parkı, "Ümumdünya torpaq günü” ilə əlaqədar seminar və safari turu, 22 martda Şahdağ Milli Parkı, "Ümumdünya su günü” ilə əlaqədar Xanagah və Qoşabulaq şəlalələrinə ekotur, 28 martda Samur-Yalama Milli Parkı, məktəblilər üçün açıq dərs, 29 martda Altıağac Milli Parkı, məktəblilər arasında "Milli Parklarımızı tanıyaq” adlı bilik yarışması keçiriləcək.