adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Mart 2020 09:30
20465
ŞOU-BİZNES
A- A+

Natavan iki nəfərlə küsülü olduğunu açıqladı: Biri Röya, o biri...

Bu günlərdə müğənni Natavan Həbibi bir açıqlaması bütün pərəstişkarlarının marağına səbəb oldu:” "Bu yaxınlarda oğurluq aşkarladım. Həyatımda böyük hadisə baş verdi. İşimlə, malımla bağlı... Mənə yaxın olan insanlar məni pula satdılar. Təsadüf nəticəsində aşkarladım. Hamısının üzünə də dedim. İnsanın pərt olması, yerin dibinə girmək istəyi məni pis hala saldı". Bir sözlə sənətçi üzləşdiyi xəyanətdən danışıb. Bildirib ki, həmkarlarından biri onun ideyalarını oğurlayıb.

Axırda da hirslə bu sözləri deyib: "Kim məni satdısa, onunla bağlı təəccüblənmirəm. Həyatı boyu mənimlə məşğul olub. Ondan hər şey gözləyirəm. Ən axırıncı yollardadır. Çox tanınmış bir Xalq artistidir. Bilmir artıq nə etsin, hər şeyə əl atır ki, ideyalarıma, adamlarıma nail olsun. Bununla hansısa uğuru qazana bilməzsən. Sən o işdən xeyir görməyəcəksən. Burada oğurluq var, sən batdın. Natavanın susduğu günlər keçdi. İndi hamısını adla deyəcəm. Onların həyatı ilə maraqlanmıram. Edirlər, cavab verirəm, oluram aqressiv".

Daha sonra bir az da ireli gedərək Röya ilə bağlı da qalmaqallı açıqlama verib. O, həmkarı və keçmiş rəfiqəsi ilə heç bir halda qarşılaşmaq istəmədiyini söyləyib:

Röya ilə münasibətim yoxdur, olmasını da istəmirəm. Kimin mənimlə problemi varsa, gəlsin söhbətini etsin. Kiminləsə nə işim, nə marağım, nə də dostluq etmək istəyim var. Mənə toxunmasınlar. İmkan verin öz işimlə məşğul olum".Həmkarı ilə problem yaşayan Natavanın şəxsi həyatıda o qədər ürəkaçan deyilmiş. Yəni reper əri Səid Əliyev (Dado) küsülüdür.


Adalet.az xəbər verir ki, bu haqda Natavan "Zaurla Günaydın" verilişində deyib.

O bildirib ki, artıq 3 həftədir əri ilə danışmırlar: "İndi onunla danışmırıq. Evdə olanda Zeydə o da baxır".

Ekranda Dadonun görüntüləri göstəriləndə isə Həbibi "Kimdir o? Tanımıram" deyərək, gülməyə başlayıb.

Aparıcı Günay Baxşəliyeva "Çox mədəni oğlandır. Küsülü olduğunuzu bilirdim. Bu gün onunla barış. Səninlə barışmaq istəyir" sözlərini söyləyib.

"Üç həftədir danışmırıq. 3 il keçib ailə həyatımızdan. Hələ də bizim evlənməyimizə inanmayanlar var. Niyə barışım onla? Səid, necəsən?" deyə, Natavan cavab verib.

Bu qıza göz dəydi... İşində də problem, ailəsində də problem...

Qeyd edək ki, ötən il ana olub. İnstagram hesabından oğlunun və həyat yoldaşının fotosunu paylaşan müğənni "Zeyd Əli Səid oğlu - 10.05.2019. Xoş gəldin, oğlum. Sizin dualarınızla, əzizlərim. Çox şükür” sözlərini yazmışdı.

Əntiqə Rəşid