adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Mart 2020 21:44
18783
İDMAN
A- A+

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa kubokunda 4 medal qazandı

Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.

Azərbaycan Cüdo Federasiyasından "Report”a verilən məlumata görə, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.

Oğlanların mübarizəsindəMurad Gülməmmədov(-50 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. 60 kq çəki dərəcəsində yarışanSeymur Məcidlibürünc medala layiq görülüb.

Cüdoçu qızlar da Avropa kubokunda iki medal əldə ediblər. Millimizin üzvləriLətifə Abbasova(-48 kq) vəNərmin Əmirli(+70 kq) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 gümüş, 3 bürünc medala sahib olublar.