adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Mart 2020 16:00
12537
DÜNYA
A- A+

Türkiyə İdlibdə “Bahar qalxanı” əməliyyatına başladı

Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən"Bahar qalxanı”əməliyyatına başlayıb.

"Report”un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziriHulisi Akarbildirib.

Onun sözlərinə görə, əməliyyatın məqsədi Rusiya ilə qarşıdurma yaratmaq deyil:

"Əsas məqsəd Suriya rejiminin qətliamına son qoymaq, rejim tərəfindən törədilən cinayətlərin və miqrasiya dalğasının qarşısını almaqdır”.

H. Akar həmçinin qeyd edib ki, əməliyyat çərçivəsində Əsəd rejiminə məxsus1PUA,8helikopter,103tank,72haubitsa,3hava hücumundan müdafiə sistemi məhv edilib və2 212hərbçi zərərsizləşdirilib.