adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Fevral 2020 12:56
29163
KRİMİNAL
A- A+

Oğuzda baş verən qətllə bağlı cinayət işi açıldı

Oğuz rayonunun Kərimli kəndi ərazisində münaqişə zəminində həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən Z.Məsimov tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, fevralın 28-də Oğuz rayonunun Kərimli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Z.Məsimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Elşən Abdullayevi qətlə yetirib.

Oğuz rayonunun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Məsimov tutulub. Cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.