adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Fevral 2020 12:06
18764
İDMAN
A- A+

“Avro-2020”nin vaxtı dəyişəcəkmi? – UEFA-dan açıqlama

UEFA İtaliyada yayılmış koronavirusa görə "Avro-2020”nin vaxtını dəyişməyəcək.

Qol.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, yarışın açılış mərasimi iyunun 12-də Romada olacaq.

"Avropa çempionatı nəzərdə tutulan vaxtda Romada başlayacaq. Biz koronavirusun yayılmasına görə daim təşkilatçılar və yerli hakimiyyət orqanları ilə əlaqədəyik. İndi planlaşdırılmış vatxda nəyisə dəyişməyin mənası yoxdur. Amma biz bu məsələni diqqətlə izləyirik” – deyə məlumatda bildirilib.

Xatırladaq ki, "Avro-2020”nin oyunları 12 iyun – 12 iyul aralığında Avropanın 12 şəhərində keçiriləcək. Çempionatın 4 oyunu Bakıda olacaq.