adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Fevral 2020 00:26
27242
KRİMİNAL
A- A+

Məktəbli anasına əl qaldıran atasını güllələdi

16 yaşlı məktəbli anası ilə dava edən atasını güllələyərək qətlə yetirib.

Bu barədə "HaberGlobal” məlumat yayıb. Bildirilir ki, dəhşətli hadisə Türkiyənin Adıyaman vilayətində baş verib.

16 yaşlı Ş.Ö. evdə atası ilə anasının münaqişəsinin şahidi olub. Atası Mehmet Özer anasına əl qaldırdıqda isə o, özünü saxlaya bilməyib, evdə olan silahla atəş açıb.

Xəstəxanaya yerləşdirilən kişihəkimlərin səyinə baxmayaraq, ölüb.

Ş.Ö. saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.