adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Fevral 2020 00:05
6875
SAĞLAMLIQ
A- A+

Rusiyada xəstə olduğunu bilən gənc məktəblini də İİV-ə yoluxdurdu

21 yaşlı gənc İİV-ə (insanda immunçatışmazlığı virusu) yoluxduğunu bildiyi halda, 16 yaşlı məktəbli ilə cinsi münasibətdə olub.Nəticədə, məktəbli də immunçatışmazlığı virusuna yoluxub.

Lenta.ru-nun məlumatına görə, hadisə Rusiyanın Saxalin əyalətində qeydə alınıb.

Bildirilir ki, oğlanxəstə olduğu barədə qıza heç nə deməyib.

Bununla əlaqədar olaraq qızın valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə, gənc saxlanılıb, ona qarşı cinayət işi qaldırılıb.

Məhkəmə zamanı gənc "İİV-ə yoluxdurma” maddəsi ilə təqsirli bilinib və iki il müddətinə azadlıqdan məhrum olunub.