adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Fevral 2020 22:55
18686
SİYASƏT
A- A+

İran parlamenti fәaliyyәtini dayandırdı

İranda yeni koronavirusun yayılması ilә әlaqәdar parlament fәaliyyәtini dayandırıb.

Trend-in mәlumatına görә, bunu İran parlamentinin rәyasәt heyәtinin sözçüsü Әsәdulla Abbasi IRIB-ә açıqlamasında deyib.

Ә.Abbasinin sözlәrinә görә, parlamentin fәaliyyәti namәlum müddәtә dayandırılıb.

Abbasi әlavә edib ki, büdcә layihәsi vә kәnd tәsәrrüfatı nazirinin etimad sәsi qazanması ilә әlaqәdar iclaslar tәxirә salınıb.

Qeyd edәk ki, İranın Sәhiyyә, Müalicә vә Tibbi Tәhsil Nazirliyi indiyәdәk yeni koronavirus nәticәsindә 34 nәfәr öldüyünü vә 388 nәfәrin bu virusa yoluxduğunu tәsdiqlәyib. İranın bir sıra rәsmilәri, o cümlәdәn sәhiyyә nazirinin müavini, prezidentin müavini vә 4 deputat virusa yoluxanlar arsındadır.