adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Fevral 2020 20:28
9112
GÜNDƏM
A- A+

Ölkəyə gələn şəxslər 14 gün özlərini qorumalıdır - Operativ qərargah

Gömrükdən keçən insanlarda virusla bağlı problem aşkarlanmasa belə, onlar 14 gün ərzində özlərini ciddi şəkildə qorumalıdırlar.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkəyə daxil olan vətəndaşlara bu barədə keçid məntəqələrində də bildirilir:

"Gömrük keçid məntəqəsindən ölkəyə daxil olan şəxs yoxlanıldıqdan sonra hər hansı bir problem aşkar olunmursa, həmin şəxsə məlumat vərəqələri təqdim olunur. Bundan əlavə, ona şifahi şəkildə də məlumatlar verilir. Yoxlamadan keçən şəxslərin növbəti 14 gün ərzində sağlamlığına ciddi şəkildə diqqət etməyi tövsiyə olunur. Vətəndaşa evdən çölə zəruri hallarda çıxması, gigiyenasına diqqət etməsi və əsasən də ailəsində, qohumluqda olan uşaq və yaşlılarla maksimum dərəcədə təmasa girməməsi tövsiyə olunur”.