adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Fevral 2020 17:43
11416
MƏMLƏKƏT
A- A+

Koronavirus təhlükəsinə görə məktəblərdə dərslər dayandırıla bilər? - AÇIQLAMA

Təhsil Nazirliyi koronavirus təhlükəsinə görə ümumi təhsil müəssisələrində dərslərin dayandırılacağı ehtimalı ilə bağlı açıqlama verib.

Trend-in məlumatına görə, nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı bunları bildirib:

"Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir".