adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Fevral 2020 17:03
8746
GÜNDƏM
A- A+

BŞİH bağçalarla bağlı müşavirə keçirəcək - Koronavirusa görə

Koronavirus xəstəliyi səbəbindən Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində davamiyyət aşağı düşüb.

Valideynlər azyaşlıları bağçalara göndərməkdən imtina edirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafilKərimov Modern.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə yayılan xəbərlərə aydınlıq gətiriləcək:

"Hazırda məktəbəqədər təhsil müəssisələrində davamiyyət barədə konkret bir söz deyə bilmərəm. Gələn həftə məktəbəqədər təhsil müəssisləri ilə bağlı İcra Hakimiyyətində müşavirə keçiriləcək. Güman ki, bu məsələlər də orada müzakirə olunacaq”.