Əbülfət MƏDƏTOĞLU: SEVGİM HAQDAN GƏLDİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
48330 | 2020-02-28 15:38

Oturubbaş verənləri izlədikcə və izlədiyimi də ağlının süzgəcindən keçirdikcə çevrəndəkidayazlığı və bir də niyə yaşadığını anlaya bilmirsən. Bir dəli sual kəsirqarşını: Bu çerəylə, bu baş verənlərlə və ümumiyyətlə, mövcudluğunla kiməlazımsan? Nəyi dəyişirsən? Nəyi düzənləyirsən? Təbii ki, doğmalar dərhal deyəcəkki, ədalətsiz olma, sən bizə lazımsan, bizim üçün yaşayırsan və biz də sənisevirik. Ovcumun içi kimi bilirəm ki, bu hər evdə olan söhbətdi. Ailənin bütünüzvləri bir az ağrı-acısı, bir az narahatlığı olan valideynə həmişə belə deyir.Amma içdən gələn sözlər nə əsəbi sakitləşdirir, nə çevrəni yenidənformalaşdırır, nə də həyatın boynuna yüklədiyi yükün ağırlığını yüngülləşdirir.Necə deyərlər, çax-çax öz işini görür. Bu dəyirmanın çax-çaxına ancaq gördüyüişin suyunu kəsməklə "dur!” demək olar. Onu da etmək heç də asan deyil. Axı...

Bəli,hər kəsin içərisində bir "amma”, bir "axı” var. Bunlar da yenə deyirəm, ailəylə,doğmalarla, dostlarla, təbii ki, bir də içindəki sevgiyə bağlıdır. Onlardanayrılmaq, onları nisgilli qoymaq və digər məqamlar heç də asan başa gəlmir.Daha doğrusu, bu saydıqlarımı etmək həm günahdı, həm də hardasa acizlikdi. Odurki, elə özünə çəkilmək, öz məcranda axıb getmək və bununla da az-çoxbacardığını yerinə yetirmək zənnimcə, ən düzgün seçimdi. Özü də bu seçim özəlolduğundan kimlərinsə haqqına girmək də deyil. Bir az da obrazlı desəm, özün özbaşınla, özün öz ürəyinlə çiyin-çiyinə çıxıb gedirsən. Yol boyu gördüklərinə"salam” da verirsən, "salam” da alırsan... büdrəyənin əlindən tutursan və beləcə,gedirsən... yolunu tutub gedirsən... İndi özünüz gətirin gözləriniz önünə vəgörün ki, bir adam yolun ucundan tutub necə gedir. Gedə-gedə də üzü Tanrıya duaedir. O duanın əks-sədası içimdəki misralara çevrilir. Çünki hər şey "ol”dan"öl”ə getdiyi kimi, əvvəl də sona doğrugedir. Mən də onu misralayıram və yazıram:


Hərgün bir son yazılır

Hərgün də ki, bir əvvəl...

Sıralanırardıcıl –

İkisondu, bir - əvvəl!..


Çoxda ki, alaqlanır

Dərd,kədər qalaqlanır...

Eləki, calaqlanır –

Oluro son, sirr əvvəl...


Dumandağdan şal – düşür

Aha,ünə xal düşür...

Bəzən,qalmaqal düşür –

Kilsəmi,ya pir əvvəl...


Eh...olsa da gözüm nəm

Heçolmadı gözü dəm!

İndiçözür gözüm qəm –

Kiprikdi,ya tir əvvəl...


Bəli,əslində əvvəl Tanrı hökmüdü, son da onun qoyduğu nöqtə. Mən bir az şairlik edibnəyi nə iləsə müqayisə etməyə cəhd göstərdim. Və bilmirəm bu cəhdim nə qədər ədalətlidivə yaxud da hansı ölçüdə günahdı. Sadəcə, ürəyimə, ruhuma söykənib özüm də hissetmədən hər gün bir sonun yazıldığını, hər gün bir əvvəlin başladığınıpıçıldadım. Onu Allahın eşitdiyinə və Sənin də duyduğuna əminəm. Elə bu əminliklədə davam etdiyim yolun dəyişməz olduğunabir daha inandım. Axı mən Sözün və Sənin işığına gedirəm. O sözün ki, onu Tanrıpıçıldayır... o sözün ki, o haqdan gəlir. Və biz haqqa sadiq olanlar zərrəciklərolsaq belə, milyardların içərisində sözümüzü göyərtməyə çalışırıq. Zənnimcə,sözü göyərdənlər, yəni söz yaradanlarbütün hallarda və bütün müstəvilərdə öndə dayanmağa layiqdilər. Ən azından onagörə ki, onlar haqdan gələni bəndələrə çatdırırlar. Və hətta mən elə indicə sənəyazdığım duyğuların da misralanmış formasını haqqın pıçıltısı kimi qəbul etmişəm.O pıçıltı yəqin ki, müəyyən ruhları oxşayacaqdı. Mən yazmışam ki:


Sənvuran ilmələri

Yuxukimi yozuram...

Yozduqlarımısonra

Məktubkimi yazıram –

Sənə...


Sənhörən hörükləri

Gözlərimləaçıram...

Etdiyimşıltaqlıqdan

Küsənkimi qaçıram –

Səni...


Sənqaçıran gözlərə

Baxdıqcadüşünürəm...

Osığışmır sözlərə

Deməyidüşünürən –

Sənə...


Səngöyərdən ümidi

Dodağındandərirəm...

Onunpuçurladığı

Ürəyimiverirəm –

Sənə!..


Məgərbu günahdımı? Yoxsa, bu hissləri yaşamaq özü qəbahətdi? Ümumiyyətlə, sevgi, həssasduyğular, ruhla söhbət, xəyal, yuxu, kimin bostanına atılan daşdı? Niyə biz içdünyamızı yazmağa çəkinirik, sıxılırıq? Mənə görə sıxılmaq barədə ən ədalətlihökmü Seyran Səxavət verib. Hələ neçə on il bundan öncə deyib ki:

Sıxmaürəyini, ürək cəhənnəm,

Axısən ordasan, sən sıxılarsan.

İndiəlinizi ürəyinizin üstünə qoyun və Allah qarşısında etiraf edin: Seyran Səxavətinmöhürünü vurduğu bu fikrin yozumu, mənasıkimin haqqını tapdalaya bilər? Kimbundan böyük sevgi etirafını ortaya qoya bilər? Əgər kimsə bu sevgini günahsayırsa, günahı öz boynunda qalsın. Mənsə o günaha batmağa bütün varlığımlahazıram. Hətta Seyran Səxavətin həmin şeirinin təsiri altında bir neçəyazı-pozu da etmişəm. Lap elə bu günlərdə sənə yazmışam ki:


Axıürəyimi güzgü göstərmir

Niyəyüklənmədin gözlərimə sən?

Cavabdanhəmişə gülməklə qaçdın –

Qaçandadedin ki, gözlərimdəsən!


Hərgün kipriyimi şehlə yuyuram

Baxıbiçimdəki sənə, uyuram...

Yerdəndə, göydən də aşkar duyuram –

Ürəyimdə sənsən, gözlərim də sən!


Əbülfətqibləni bir kərə seçir

Qəmidə bal kimi ləzzətlə içir!

Hərgün deyəcəyəm qəlbindən keçir –

Qorxma,sıxılmazsan gözlərimdə sən!..

***

Bütünfikirlərin bir kökü, bir dayaq nöqtəsi olur. Necə deyərlər, fikir nəyinsə əsasındaformalaşır. Bu yerdə yadıma rəhmətlik VaqifSəmədoğlunun "Evləri köndələn yar” tamaşasındakı bir deyim düşür. Orda qızsevdiyi oğlana deyir: "Mən ot deyiləm ki, yerdən çıxmamışam ki, bizim də üçdostmuz, beş düşmənimiz var...”. Bax,indi mən fikirlərimi bilgisayara diqtə edəndə çox açıq-aşkarca hiss etdim ki,sevginin dostu da, düşməni də yetərincədi. Təbii ki, bu "dost-düşmən” məcazi mənadaişlətdiyim fikirdi. Yəni yaşım, başımsevgi barəsində nə qədər həssas nüanslara toxunmaq imkanımı bir az da kölgələyir.Demək istəyirəm ki, oxucu olaraq hər kəs bu yaşın sevgisinə fərqli bucaq altından baxır. Hətta mən mərhum xalqartisti İlhamə Quliyevanın "Yaşın və fərqi var” məşhur mahnısını ürəyimdən keçiririb özümə təsəlli verirəm. İstəsən səndə bu təsəlliyə qoşula bilərsən. Ən azından ona görə ki, söhbət mənim sənəsevgimdən gedir. Və bu sevginin bütün məqamları əslində həm də insanın mənəvidünyasının psixoloji durumunu da diqqət mərkəzinə çəkib gətirir. Beləcə, bununözü də getdiyin yolun bir ilməsi, bir naxışı olur. Təbii ki, yolun dolayları,dolamaları həm də elə o ilmələrin əlamətləridi. Bu əlamətləri də sözə çevirmək,kağıza köçürmək özü-özlüyündə həm də kimlərəsə təsəlli məktubudu, təsəlliismarıcıdı. Mən də həyatımın o bəlli günündən başlanan bu özəl duyğularınölçüsü kimi indi də yazdığıma, sözə çevirdiyimə nə peşman deyiləm, nə də diqqətsizqala bilmərəm. O da bu gün çox duyğuları kökləyir. Hətta bu şeirin yaranmasınasəbəb olur:


Səs- həyatdı, işıq - həyat

Sənsəsini işığa qat!

Mənimömür axarımda –

İşıqdolu dönəm yarat...


Səsinqida, işığın od

Birgəoldu qəlbimə kod...

Eləet ki, sən gəldiyin –

Eşqyolunda bitməsin ot.


Səsvə işıq – yozumu yar

Bununbircə yozumu var...

Buyozumla, bu biçimlə -

Sar,sən mənim ruhumu, sar!


Pərvanəniqurban elə

Səsvə işıq olan selə!

Yaratdığınyeni dönəm –

Ötüşməsinelə belə...


əli,hər addım izdi... hər söz tarixdi... hər duyğu sevgi və yaxud da nifrətdi. Mənöz ömür yolumda sözün, duyğuların əlindən tutmağa cəhd etmişəm. Onlar mənə azqala Tanrı dəstəyi, az qala göydən sallanan ipucu qədər təkan verən olub.Yapışmışam dördəlli o ipucundan, başlamışam getməyə. Gedə-gedə də yalnızdüşündüyüm heç kimin haqqına girməyən, heç kimin sərhəddini pozmayan və heçkimi də incitməyən bu sevginin işığı olub. Elə bir işıq ki, dan ulduzu qədər,göy üzünün ülkərləri, səyyarələri qədər parlaq və özəl olublar. Bu özəlulduzların ömür ulduzuna çevrilməsi təbii ki, Tanrı işidi. Mən də bir Tanrı bəndəsiolaraq o ulduzlara da, o ülkərlərə də, elə Tanrının özünə də əl açaraq az qaladua kimi yazmışam:


Sənməni tamarzı qoyma gözlərə

Ürəyim,baxmaqdan doyma gözlərə!

Sıxmakipriyini, qıyma gözlərə -

Ruhumda göynəyir belə olanda.


Yaddaşxırman yeri, duyğular zəmi

Kiprikdənruhuma çəkirəm nəmi.

Duyandatelinin ucunda qəmi –

Ruhumda göynəyir belə olanda.


Dolaşıqsalıram söhbəti, sözü

İçimədamdıqca kipriyin közü...

Səndəyaş görəndə gözümün gözü –

Ruhumda göynəyir belə olanda.


İçimiüyüdür içimin ahı

Edibbu məqamda seçimi ahım...

Üzülmüşgörəndə elçimi ahım –

Ruhumda göynəyir belə olanda.


Hə,söz-sözün davamı, söz-sözü çəkib aparanbir gücdü. Yəni birinci söz önə düşüb getdikcə, ardınca çəkib gətirəcəkdüşündüklərini, içinin həssas məqamlarını və bir də demək istədiklərini. Bax,bu mənada mən kimsəni yormadan, kimsənin vaxt haqqına girmədən sözümün nöqtəsiniqoymaq istəyirəm. Düşünürəm ki, bu mövzunun davamı olacaq. Çünki həmkarım, dəyərlijurnalist və dizibərk kişilərdən olan Faiq Qismətoğlu mən bu yazını diqtə edəndəöz replikasını etdi və bilgisayar yazarımız Gülər xanım da ona dəstək verdi. Məndə istəmərəm ki, onların sözü havada qalsın. İnşallah, bacardığım kimi onlarında sözünün qarşısına öz sözümü çıxaracam!..


TƏQVİM / ARXİV