Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Adalet.az-ın məlumatına görə, başsağlığında deyilir: "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücum nəticəsində, qardaş Türkiyə Silahlı Qüvvələrinin onlarla hərbi qulluqçusunun şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminliyimi ifadə edir və uğur arzulayıram.
Allah rəhmət eləsin”.
Digər Xəbərlər
19 Aprel 2024 11:19
İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06Vardanyanla bağlı Norveç Nobel Komitəsinə AÇIQ MƏKTUB
18 Aprel 2024 13:39Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
18 Aprel 2024 12:32