adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Mart 2020 09:20
35277
ŞOU-BİZNES
A- A+

“Ətli-qanlı”- “balıq ətli” Şəbnəm

"Kökəlməmişəm. Əksinə çəki atıb, arıqlamışam. 67 kilo idim. 3 kilo arıqladıb, çəkimdüşdü 64 kiloya. Hələ buna narazılıq edirlər ki, çəkin 67 kilo olmalıdır. Əslində xanım "ətli-qanlı” və "balıq ətli” olmalıdır. Amma çəkim gərək 67-dən yuxarı qalxmasın”.

Adalet.az xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan "Ona qalsa” səhər şousunda qonaq olan 36 yaşlı müğənni Şəbnəm Tovuzlu deyib. Sonra əlavə edib ki, insanlar məni bu cür sevirlər.

Qeyd edək ki, müğənni sosial media hesabında evində idman etdiyi görüntülərini paylaşaraq, bu yollarla arıqladığına ehyam vurub. Amma onun bir çox şəkillərində "fotoşop”vasitəsi ilə bədənini daha da incəltməsi izləyicilərin diqqətindən yayınmayıb. Şəbnəm Tovuzlu tez-tez müxtəlif fotoları ilə, zövqsüz geyimləri ilə, qalmaqallı acıqlamaları ilə gündəmə gəlir. Onun bu dəfəki cəhdi də baş tutub.

Əntiqə Rəşid