adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Fevral 2020 23:26
16827
İDMAN
A- A+

İranlı futzalçı koronavirusdan öldü

Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.

Qol.az İran mətbuatına istinadən xəbər verir ki,23 yaşlı futzalçı 10 gün əvvəl Qum şəhərində xəstəxanaya yerləşdirilib və ötən gün vəfat edib.

Bu, İranda koronavirusun 26-cı qurbanıdır. 245 nəfər isə bu virusa yoluxub.