adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Fevral 2020 22:35
17314
İDMAN
A- A+

“Messi mənim etdiklərimi bacarmazdı” - Maradona

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona növbəti dəfə həmyerlisi Lionel Messi haqda danışıb.

Qol.az xarici "AS"-a istinadən xəbər verir ki, 59 yaşlı sabiq oyunçu jurnalistin "Messi gələcəkdə "Napoli”də çıxış edə bilərmi?” sualına belə cavab verib:

"Messi hazırda eniş dövrünü keçirir. Amma o, mənim yaşadığım həyatı yaşamayıb. Messi "Napoli”də oynaya bilər. Amma açıq danışaq, mənim etdiklərimi bacarmazdı. "San Paolo” stadionunun Dieqosu olsa da, ümid edirəm ki, "Napoli” azarkeşlərinin bir Messisi olar”.