adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Fevral 2020 22:14
18263
İDMAN
A- A+

Ramos İbrahimoviçə çatdı - Antirekord

"Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqasında antirekorda imza atıb.

Qol.az xəbər verir ki, 33 yaşlı müdafiəçi 1/8 final mərhələsinin ilk matçında "Mançester Siti” iləgörüşün86-cı dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulub.

Bununla da, Ramos, karyerası ərzində 4-cü dəfə Çempionlar Liqasında qırmızı vərəqəylə cəzalanıb.

Ramos, Çempionlar Liqası tarixində ən çox qırmızı vərəqə alan futbolçu kimi Edqar Davids və Zlatan İbrahimoviçin antirekorduna şərik çıxıb. İspaniyalı müdafiəçi4 qırmızı vərəqədən 3-nü birbaşa alıb.