adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Fevral 2020 22:00
22286
ŞOU-BİZNES
A- A+

Azərbaycanı “Avroviziya-2020”də Samirə Əfəndi təmsil edəcək? - AÇIQLAMA

"Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin Samirə Əfəndi olduğu barədə xəbərləryayılıb.

Bu barədə məlumatıWiwibloggsverib.

Nəşr Azərbaycanın Rotterdamda keçiriləcək mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndinin olması haqqında məlumat dərc edib.

"Avroviziya” fanatlarının "Instagram” üzərindəki araşdırmasına əsaslanan xəbərdə müsabiqədə ifa olunacaqmahnımızın niderlandlı musiqiçilər Tony Kornelissen və Luuk Van Birs tərəfindən hazırlandığını ortaya çıxarıblar.

"Avroviziya” Beynəlxalq Fanklublar Şəbəkəsinin rəsmi üzvü "İNFE Azərbaycan” səhifəsinin əldə etdiyi məlumata əsasən, seçimlər zamanı S.Əfəndi 3 mahnı ifa edib. Azərbaycanlı təmsilçinin həqiqətən də Samirə Əfəndinin olub-olmamasına isə yaxın günlərdə İctimaiTeleviziya və Radio Yayımları Şirkəti tərəfindən aydınlıq gətiriləcək.

Oxu.Az-ın əməkdaşı müğənni Samirə Əfəndi ilə əlaqə saxlayıb. İfaçı haqqında yayılan xəbəri nə təsdiq, nə də ki təkzib edib.

Qeyd edək ki, ötən illərdə olduğu kimi bu il də müsabiqəyə təmsilçimizin seçimi ictimaiyyətə qapalı yolla seçilir.