adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Fevral 2020 21:00
13858
DÜNYA
A- A+

İranda prezidentin köməkçisi də koronavirusa yoluxub

İranda prezident Həsən Ruhaninin köməkçisi Məsumə İbtikatkoronavirusa yoluxub.

Bu barədə "HaberTürk” xəbər yayıb.

Məsumə İbtikat İİR prezidentinin Qadın və Ailə məsələləri üzrə köməkçisidir.

Qeyd edək ki, bundan əvvəl də İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri Höccətislam Müctəba Zunnur koronavirusa yoluxduğubarədəməlumat verilmişdi.

Son məlumatlara görə, İranda koronavirusdan ölənlərin sayı 22-yə yüksəlib, 141 nəfərdə isə yoluxma halı qeydə alınıb.

Bundan başqa, ötən gün 54 iranlı sağalıb və müalicə aldıqları xəstəxanalardan buraxılıb.