adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Fevral 2020 18:37
15568
SİYASƏT
A- A+

İran və Rusiya gömrük əməkdaşlıqları konfransı ləğv edildi

İranda yeni koronavirusun yayılması səbəbi ilə 2 martda İranın paytaxtı Tehranda keçirilməsi planlaşdırılan İran və Rusiya arasında gömrük əməkdaşlıqları, mövcud problemlərin həll yollarının araşdırılması konfransı ləğv edilib.

Bu barədə Trend İranın Gömrük Administrasiyasına istinadən məlumat verir.

Məlumata görə, bu konfrans Rusiya Federasiyası, Astraxan, Şimali Qafqaz və İran İslam Respublikası gömrük müdirlərinin iştirakı ilə keçiriləcəkdi.

Konfransın təşkilatçısı Tehran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasıdır.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək yeni koronavirusa yoluxma nəticəsində 19 nəfərin həlak olduğunu və 139 nəfərin bu virusa yoluxduğunu təsdiqləyib.