adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Fevral 2020 16:54
11569
MƏMLƏKƏT
A- A+

Metronun 3 stansiyasında hərəkət bərpa edildi - YENİLƏNİB

Bakı metrosunun "Həzi Aslanov", "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyalarında elektrik enerjisinin dayanıqlığı təmin olunub.

Bu barədəAzvision.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, hər üç stansiyanın fəaliyyəti bərpa edilib.
***
Bu gün saat 15:48-dəBakımetropoliteninə gələn elektrik xətlərində gərginliyin verilməsində qısamüddətli problem yaranıb.

"BakıMetropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar MəmmədovAzvision.az-a açıqlamasında bildirib ki, xətlərin bütün sahələrində gərginlik bərpa olunub.

"Həzi Aslanov", "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyalarına gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunub.

Hazırda tunellərdə qalan qatar yoxdur.