adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Fevral 2020 13:49
17378
ŞOU-BİZNES
A- A+

“Şamil yoxdursa, bizə Skarlet lazım deyil”- Oskardan imtina etdilər

Kabardino-Balkariyadan olan,"Oskar” ləqəbi ilə tanınan 90-cıillərin ulduzu 41 yaşlı müğənni Şamil Malkanduyev özünü transseksualelan etdikdən sonra ailəsi ondan üz çevirib.

Oskardan Skarletə çevrilən ifaçı qalmaqallı müsahibəsində uşaqlıqdan qız olmaq istədiyini deyib:

"Uşaqlıqda qız paltarı geyinib, dikdaban ayaqqabıda gəzməyi çox sevirdim. Hər zaman mənə elə gəlirdi ki, belə də olmalıdır. Çox rahat idim. Heç vaxt futbol və ya digər idman növləri ilə maraqlanmamışam. Məktəbdə məni Madonna kimi çağırırdılar, amma bilmirəm niyə?”

Adalet.az xəbər verir ki, ifaçının ailəsi ondan soyadını dəyişməsini və onlarla bütün əlaqələrini kəsməyi tələb edirlər.



Bu barədə Ş.Malkanduyev sosial media hesabında məlumat verib:

"Atam həmişə mənim üçün yaxşı nümunə olub. Verdiyi tərbiyədə isə heç bir nöqsan yoxdur. Qadın cinsinə aid olduğumuüç yaşımdan anlamışam. İstədiyim yalnız mahnı yazmaq və səhnəyə çıxmaqdır. Bunu hansı formada edəcəyəm -sizin üçün bir fərq var? Bununla kiməsə zərər verirəm? Həyatımı istədiyim kimi yaşamaq hüququmdur”.

Qeyd edək ki, milliyyətcə balkar türkü olan Ş.Malkanduyev Nalçik şəhərində anadan olub. 1990-cı illərin sonlarında ali təhsilini bitirdikdən sonra o, musiqi ilə məşğul olmaq üçün Moskvaya köçüb. Daha sonra müğənni Oskar və Şamil təxəllüsləri ilə çıxış edib.

Əntiqə Rəşid