adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Fevral 2020 13:33
31848
ƏDƏBİYYAT
A- A+

Anar Burcəliyevin yeni kitabı nəşr olunub

Teatrşünas-tənqidçi Anar Burcəliyevin "Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim” adlı yeni kitabının ikinci cildi nəşr olunub. Kitabda 2019-cu ildə dövrü mətbuatda dərc olunan məqalələr, ressenziyalar, oçerklər və eləcə də müsahibələrin bir qisminin toplumu verilib. Dərgidə toplanan materiallar teatrşünasların həmçinin sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Bu mənbə bir tərəfdən ümumazərbaycan teatr tarixinin tədqiqinə ilkin araşdırma ola biləcəksə, digər tərəfdən də aktyor, rejissor və teatrlarımızın sənət yollarının öyrənilməsi baxımından əhəmiyyətlidir.

Kitabın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Xəzər Gəncəli, redaktorları isə Eşqin Nağıyev və Sailə Məhərrəm qızıdır.

Xatırladaq ki, yeni nəşr olunan kitab "Star” çap evində çapdan çıxıb.