adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Fevral 2020 12:48
17006
İDMAN
A- A+

Azad Rəhimov: Çalışırıq ki, idmançılarımızı koronavirusdan qoruyaq

Gənclər və İdman naziri Azad Rəhimov koronavirusla bağlı Azərbaycan idmançılarının xarici ölkələrdə yarışlarda iştiraklarına məhdudiyyət qoyulması barədə məlumatlara aydınlıq gətirib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda koronavirusa görə hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq: "Hansı ölkələrdə təhlükə görürüksə, federasiyalarla birlikdə qərar qəbul edirik. Bu gün ölkələr özləri bu məhdudiyyəti qoyurlar. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub.

Çalışırıq ki, bu gün mövcud olan vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Bildiyiniz kimi, 5 aydan sonra Tokio-2020 Olimpiya Oyunları keçiriləcək. Əsas vəziyyət ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.