adalet.az header logo
  • Bakı 20°C
27 Fevral 2020 11:49
18233
ŞOU-BİZNES
A- A+

Dəniz Səki: ”Evlənmək planım yoxdu”

Yadınızdadırsa, türkiyəli tanınmış müğənni Dəniz Səki narkotika ticarəti ilə məşğul olduğu ittihamı ilə həbs olunmuşdu. 6 il məhbus həyatı yaşayan ifaçı "Eşkıya Dünyaya hükümdar olmaz” adlı serialın 14-cü bölümündə rol aldı. Çəkilişlər D.Sekinin qaldığı Bakırköy qadın qapalı tipli cəzaçəkmə müəssisində baş tutdu.

O, cəzaçəkmə evində yazdığı mahnını da ilk dəfə həmin serialda ifa etdi. D.Seki cəzaçəkmə müəssisəsində seriala çəkilməklə dünyada ilkə imza atıb.

Belə istedadlı bir müğənnini bəzən sosial şəbəkə istifadəciləri özündən çıxartmağı da bacarır. "Dəniz yenidən kökəlib” sözləri bəs edib ki, müğənni özündən çıxsın: "Dünyanın ən güclü, ən gözəl qadınlarından biri mənəm. Bilirsiniz niyə bu qədər özümdən razıyam? Siz məni çirkinləşdiridiyiniz üçün. Əsas odur ki, ürəyim gözəldir. 25 ilimi bu sənətə vermişəm. Siz isə "Səki kökəldi" xəbərini yazırsınız. Qadınıq biz. Kökələ də bilərik, arıqlaya da. Xəstə vaxtı mənə bunları yazdırdığınız üçün sizi bağışlamayacam".

Sosial şəbəkə istifadəçiləri yenə də Dəniz xanımı yenə müzakirə mövzusu ediblər. Türkiyəli müğənni iş adamı İrfan Özçilekdən evlilik təklifi aldığı iddia olunub.

Adalet.az xəbər verir ki, D.Seki nəhayət evlənəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib: "Evlilik təklifi almamışam. Bu barədə düşünmürük, elə planımız yoxdur".

Gözləyək görək, növbəti dəfə Dəniz xanım haqqında hansı mövzu müzakirə obyekti olacaq.

Əntiqə Rəşid