adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Bakı-Sumqayıt yolu İnkir-Minkirə hesabat verməkdir - Emin Piri yazır

Emin Piri
110367 | 2020-02-28 09:38

Əşhәdü әnla ilahә illәllah,

Əşhәdü әnnә Muhәmmәdәn rәsulullah.

Əgər siz səhərlər Sumqayıtdan Bakıya işə gəlirsinizsə yola çıxandamütləq kəlmeyi şəhadəti deməlisiniz. İnsan ömründə bir kərə ölürsə sumqayıtlılargündə iki kərə ölür, Bakı-Sumqayıt yolunda. Bakı-Sumqayıt yolu əsl cəhənnəm əzabıdır. Bakı-Sumqayıt yolu inkir-minkirə hesabat verməkdir,Bakı-Sumqayıt yolu qəbir əzabıdır.

 Elə bilsumqayıtlılar üçün bu yol sirat körpüsüdür. Bu yolu, keçidi keçib işə çatdınsa,deməli, günahlarından arınmısan. İşə çatmağınsa sənin ən böyük mükafatın, cənnətləqiymətləndirilməndir. Vaxtında işə çatmaq, hurilər deməkdir, cənnətin bol suluşərab çaylarıdır və.s.i

Hələ bu da bəsdeyilmiş kimi səhər zamanı metrodakı sıxlıq, vaqona minmək uğrunda ölüm-dirimsavaşı. Bəzən interval uzanır. İnsanların nələr söylədiyini, xoş sözlərlə kimlərisəyad etməyini deməyə ehtiyac yoxdur. Yuxudan yeni duran insanların üzündə səhəringözü açılmamış əzab var. Nifrət var-qəzəb var. Aqressiyanın müxtəlif formalarıvə.s. Qatar dayanır. İşinə, universitetə tələsənlər, gecikənlər bir andaözünü vaqona atmağa çalışır. Düşənlər? Kimdir onları düşünən. Bəzən olur ki,belə basabasda düşənlərdən kimsə öz dostunu içəridə unutmağa məhkumdur. Ya dakimsə özü çıxsa da çantası, ya hansısa əşyasını vaqona əmanət etməli olacaq. Hələmən bir kərə xatirələrimi unutmuşdum vaqonda.

Bir cütlüksə başverən hər şeyin fövqündə dayanıb. Hiss olunur ki, yeni cütlükdür. Aha! Öpüşməyə hazırlaşırlar. Yox, nə ayağımıyerə çırpmağa hazırlaşıram, nə də onlara mane olmağa çalışıram. Gülümsəyirəm.Özlərini unudublar. Əllərini də. Oğlanın əlləri yaman çox dəcəldir. Dodaqlarınıda bu həngamədə unutmaq niyyətindədirlər. Onsuz da belə halda gözlər qapanır, nəkimsəni görmürsən, kimsənin səni də gördüyünü düşünmürsən. Əgər sevirsənsə...Beyninağıl verəcək, senzura qoyacaq bütünhüceyrələri fəaliyyətini dayandırır. Dodaqlar arasındakı məsafə3mm, 2 oldu, indi 1... Metropolitenişçisi xanım mikrofunu götürür: Xətti keçməyin.Beləcə atəşkəs imzalanır... "Xətti keçmə”yə hazırlaşan cütlükstatus-kvoya qayıdır.

Dostumuz AzərQismətin başına gələn eyni hadisəni xatırlayıram. Bəlkə bu hadisə baş verməyib,özümdən uydururam?!

O cütlükçün duaedirəm, kaş, burada jurnalist, ya da çəkən olmasın. Yoxsa gün ərzində manşetlər:DƏHŞƏT! METRODA BELƏ ÖPÜŞDÜLƏR!

TƏCİLİ!YENİLƏNİR!VİDEO-FOTOLAR!ÖPÜŞƏN DODAQLAR DANIŞDI! QIZIN ƏRƏ GETMƏYƏN XALASI QIZI MƏSƏLƏYƏ MÜNASİBƏTİNİBİLDİRDİ! Və.s.i.

Yoxsa onlaraömürlük psixoloji travma olacaq. Amma onlara görə sevinirəm, sevinirəm ki, bu qədərqətlin, ailə-münaqişə zəminində yaranan cinayətlərin fövqündə sevənlər var.Hiss edirəm, onlar səmimi-qəlbdən sevirdilər. Nə yaxşı məmləkətimin sevən insanları var. Xətti keçmək də yaxşı addımdır, əslində bütünxətlər keçilmək üçündür, amma baxır harda...

Qatardayıq. Ammaətrafı unutmayanlar da olur, bax, onların sevgisinə inanmıram. Qardaş, sevgilinvar, bildik. Bu basabasda vaqondaayaqlarını iki metr aralayıb. Sol tərəfə pependikulyar, sağa da paralelkonusvari. Bədən qız doğru əyilmiş trapesiya formasına çevrilib. Əllər atüstündə qaçan hun döyüşçüsü kimi ox atmağa hazır, qapıya söykənib hədəfini möhkəmsıxıb. Bir növ qız aypara şəklində mühasirədədir. Qardaş elə bil türklərinturan taktikasını həyata keçirir. O qardaş əlləri boşaltsa, ayaqlarını yığsa mənimkimi 6-7 cılız bəndəniz də qatara minə bilər. Az qalırsan maşinistlə əlaqəyəçıxasan ki, sən bu sevgililəri apar,evlərinə ötür, sonra gəlib bizi apararsan.

Hələ bəzi tələbəqızların Uilyam Volosun ordusu tək ingilislərin kral əsgərləri üzərinə cummasıkimi vaqon qapısına hücum çəkməsini demirəm..

Yanımda durub, hərarətini hiss edirəm. Sarışındır. Boyu 3-4sm məndən hündür olar. Bu qədər əsəb verici yol saatlarında həyata ironiya etməyəçalışır, hansısa gözəllik çıxardıb həyatdan zövq almağa çalışıram. Mən hirslənməkləbu olmayacaq. Ona görə də əsəbi sevgiyə, həzzə çevirmək lazımdır. Hə, onudeyirdim, boyum çatmır boyuna qəlbimi pıçıldamağa. Çiyinlərinə söyləsəm olarmı?Elmlər Akademiyasında düşür, Bakı Dövlət Universitetinə doğru addımlayır...Gözlərim də onunla birgə addımlayır. Mənsə nəşriyyata. Gözlərimi unutmuşamBDU-nun qabağında, nəşriyyatda əllərim gözlərimi əvəz edir.

Sabah ? Sabah nəolacaq bilmirəm, eyniliklər təkrarlanacaq. Bu kərə qarşıma görəsən əsmərçıxacaq, yoxsa sarışın, bunu da bilmirəm, ya da boyu boyuma yaxın. Bütünbunlardan sonra ürəyim rahatlaşır. Hər gün yeni bir şeir var...

İşin bitməyini düşünürəm. Sumqayıta necəqayıtmağımı. 20 yanvardan çıxanda məni tutub Cəlilabada, Sabirabada aparmasalariki saatlıq tıxacla Sumqayıta bəlkə çataram.


TƏQVİM / ARXİV