adalet.az header logo
  • Bakı 17°C
27 Fevral 2020 00:59
8536
HADİSƏ
A- A+

Şirvanda kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib

Şirvan şəhərində qətl törədilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan Sənaye zonasında qeydə alınıb.

Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı - 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızının boğaz nahiyəsinə bıçaqla ağır xəsarət yetirib. Çoxlu qan itirən P.Nağıyeva hadisə yerində keçinib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.