adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Fevral 2020 20:27
8836
GÜNDƏM
A- A+

Vilayət Eyvazov polkovnik-leytenanta yüksək vəzifə verdi

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinə rəis təyin olunub. O, bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini işləyib.

Qeyd edək ki, bir müddət əvvəl DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsininrəisi Şadəm Hüseynov təqaüdə göndərilmişdi.