adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Fevral 2020 17:19
6238
HADİSƏ
A- A+

Masallıda 3 nəfəri və özünü güllələyən şəxs Bakıya gətirilir

Masallı rayonunun Təzəkənd kəndində baş verən güllələnmə nəticəsində xəsarət alan 2 nəfər Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Adalet.az-a Masallı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, hadisəni törədən şəxsin vəziyyəti olduqca ağırdır: "Hadisəni törədən, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu özünü boğazından güllələyib. Hadisə nəticəsində onun alt və üst çənəsi dağılıb, burunu amputasiya olunub. Hazırda xəstəyə ilkin tibbi yardım göstərilir. Müəyyən tibbi yardım göstəriləndən sonra o Bakıya göndəriləcək. Hadisə nəticəsində digər xəsarət alan 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. Onun bud nayihəsindən qəlpəli yaraları var".

Xatırladaq ki, bu gün günorta saatlarında Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüqlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev və A. Nəbiyeva hadisə yerində dünyasını dəyişib, Z. Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.

Faktla bağlı cinayət işi başlanıb.