adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Fevral 2020 14:25
52557
DÜNYA
A- A+

Dünyanın qətliam tarixindən: Hegemonların soyqırım siyasəti

Soyqırımı sözünə hələ məktəbli ikən, hələ sovet dövründə rast gəlmişdim. Təbii, nə olduğunu, niyə edildiyini anlamasam da, təkcə bildiyim o idi ki, qocalı, cavanlı, qadınlı, uşaqlı dinc əhali bilərəkdən silahlı qüvvələr tərəfindən məhv edilib. Yadımdadı, məktəbimizdə Böyük Vətən Müharibəsinin il dönümü ilə bağlı tədbir keçirilirdi. Orda doqquzuncu sinifdə oxuyan Sevinc adlı qız yanıqlı-yanıqlı bu şeri söyləyirdi;

Eşitdim Xatının haray səsini,

Bir xalqın dərdini yaşadı qəlbim.

Əziz oxucularımız bu gün sizlərə dünyada baş verən günahsız insanların kütləvi qətliamından bəhs edəcəyik.

Adalet.az xəbər verir ki, dünyanın soyqırım tarixi qədim dövrlərə qədər gedib çıxır.

Soyqırım nədir?

Hüquqi-siyasi termin kimi "soyqırım”, yaxud "genosid” anlayışı ilk dəfə BMT-nin Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində tətbiq olunmuşdur.


Soyqırım– etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Bu, "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri" kimi nəzərdə tutulmuşdur. BMT-in 1948-ci il 9 dekabr tarixli konvensiyasında isə genosid siyasətininqarşısının alınması və ona görə cəza müəyyənləşdirilmiəsi öz əksini tapmışdır.Yeri gəlmişkən soyqırımı dedikdə böyük dövlətlərin öz irticacı siyasətinə uyğun olaraq kicik dövlətlərin və xalqların nümayəndələrini qətl etməsi kimi başa düşmək daha real variantdır. Bu proses ABŞ, Fransa, Rusiya (SSRİ), Almaniya, İngiltərə, Cin və sair hegemon dövlətlərin birbaşa yaxud bilavasitə təşkilatçılığı ilə həyata keçirilir.



XX əsrin ən böyük soyqırımları

Soyqırım deyiləndə ilk yada düşən hindular olur. .Amerikanın aborigen əhalisi olan hindular demək olar ki, qitəyə köçmüş avropalılar tərəfindən tamamilə qırılıb məhv ediliblər. Onları qırıb kökünü kəsən cinayətkarlar isə indi də ABŞ və Kanada tərəfindən milli qəhrəman hesab edilir. ABŞ, Kanada ərazisində 114 milyonluq yerli əhalidən 95 milyonu qırılıb.

Holokost (yunanca "holos” (bütün) və "kaustos” (yanmış, köz olmuş) zamanı faşistlər tərəfindən təxminən 6 milyon yəhudi sistemli şəkildə öldürülüb.



"Yəhudi soyqırımı" digər adıylaHolokost - yəhudi millətinin II Dünya Müharibəsi illərində faşist rejimi tərəfindən kütləvi surətdə qırılması, dünya da soyqırımı kimi tanınması 1933-1945-ci illəri əhatə edən bir prosesi gözlər önünə sərir. Amma Hitler əslində yəhudilərin kökünü kəsmək qərarını 1925-ci ildə yazdığı "Mein Kampf" (Mənim mübarizəm) adlı kitabında çoxdan açıqlamışdı. 1939-cu ildə Almaniyadakı bütün yəhudilərin toplanıbPolşada gettolara yerləşdirilmələri qərarı verilmişdi. 1940-cı ildəPolşada sayı sürətlə artan gettolarda aclıqdan, soyuqdan və epidemiyalardan çoxlu insan ölürdü. Gettolarda ölüm artıq o qədər təbii idi ki, səkilərdə acından ölmək üzrə olan insanlarla və cəsədlərlə kimsə maraqlanmırdı. 9 oktyabr 1941-ci ildən etibarən bütün yəhudilərin yaxşı görünən şəkildə olmaqla, Davud ulduzu simvolunu üzərilərində daşımaları məcbur edilirdi. Almaniyada yaşayan yəhudilərin evlərinə "burda bir yəhudi yaşayır”, - deyə yazı, ya da Davud ulduzu yapışdırırdılar. Almaniyadakı son yəhudilərə ət, buğda, süd, bal kimi qidalar, xəstə yəhudilərə dərman vermək qadağan edilir.1 sentyabr 1939-cu ildə konkret olaraq yəhudi soyqırımına start verilib. 1939-41-ci illərdə ruhi və fiziki əlillər "qaz otaqlarına” doldurularaq öldürülürdülər. Qətliamın bu dövründə faşist həkimlər əlil qurbanlar üzərində çox sayda yeni öldürmə metodları yoxlamışdılar. Qaz maşınları ilə öldürmə metodu da faşistlərin gözlədikləri təsiri verməyincə nəhayət Fabrik üsulu ilə sənayesi qurulmağa başlandı.
Artıq heyvan vaqonları yəhudilərlə doldurulub bu fabriklərin içinə qədər qatarla aparılırdılar. Duş otağı görünüşünə sahib olan qaz otaqlarına yəhudilər çox etiraz etmədən toplu halda girirdilər. Beləcə rahatlıqla, ən təsirli öldürmə qazı olan "Zyklon B" bu otaqlara nasosla vurulur və insanlar məhv olurdular. Bu qaz 20 dəqiqə davam edən çox əziyyətli bir ölümə gətirib çıxarırdı. Sonra bu cəsədlər, sırf bu məqsəd üçün çıxarılmış olan sobalarda yandırılırdı.


Katın qətliamı-1940-cı ilin aprel-may aylarında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr 22000 polyak zabit və ziyalısını məhv etdi. Qırğınların Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq, aşkara çıxarılan ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün bu dəhşətli qətliam tarixə Katın qırğını adı ilə yazıldı. Qırğınlara Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edamı təklifini Sov.İKP MK Siyasi Bürosu təsdiqlədikdən sonra başlandı. Qətlə yetirilənlərin 8000-i Polşanın 1939-cu ildə işğalı zamanı əsir götürülən zabitlər, 6000-i polis zabiti, 8000-i SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabitləri və ziyalılar çoxmillətli idi. Öldürülənlərin arasında polyaklar, ukraynalılar, belaruslar, Polşa yəhudi icmasının baş ravvini Baruç Steynberqin də olmaqla yəhudilər vardı.


Belarusiyanın Minsk vilayətinin Loqosk bölgəsinin keçmiş kəndi Xatın yer üzündən silinib. 22 mart 1943-cü il tarixli uğursuz faciəli gündən əvvəlki gecədə Xatın kəndindin 6 km aralıda partizanalr alman qərargah maşınını partladaraq aradan çıxmışlar.Partlayan maşının içərisində 118-ci mühafizə polisinin zabitləri olub.OnlardanhauptmanHans Völke yüngül atletika üzrə olimpiya çempionu olmuş ilk almandır. Almanların qənatəinə görə hadisəni törədənlər Xatın kənd sakinləri və ya bu kənddə gizlənən partizanalrolabilər.Qoca, uşaq, qadın hamı məhv edilib.149 nəfər taxta binaya yığılaraq yandırılıb.Onlardan 75-i uşaq olub.

"Şauliçi" Belarusiyanın ən böyük abidələrindən biridir, "odlu kəndlərin" acı taleyini xatırladır. 7 iyul 1943-cü ildə edilən cəza əməliyyatı zamanı almanlar burada 366 nəfəri, o cümlədən 120 uşağı güllələdilər.

1945-ci il6 avqust Xirosimaya və 9 avqust Naqasakiyə atom bombaları "Enola Gay” təyyarəsinin 12 nəfərlik heyəti-ABŞ bombardmançıları tərəfində atıldı. Nəticədə Xirosimada 140 mindən çox insan həlak olub. Naqasakidə isə nüvə silahının qurbanlarının sayı 70 mindən artıqdır.



Serebnitsa soyqırımı- Yuqaslaviyanın dağılması nəticəsində onun tərkibində olan Bosniya (müsəlman əhali) 1992-ci ilin fevral ayında referendumla öz müstəqilliyini elan etdi. Lakin Bosniyanın müstəqiliyini tanımayan serblər Saray-Bosniyanı mühasirəyə alaraq 3 illik müharibəyə başladılar. 1995-cilin iyul ayında serb qüvvələri sistemli şəkildə apardıqları qətliam nəticəsində təkcə Bosniyada 8,372 insanı qətlə yetiriblər. Yüzlərlə qadına və qıza təcavüz ediblər. Bir gün içərisində 20000 insanı Serbiyadan qaçqın ediblər. Serb hücumlarından qaçan minlərlə bosniyalı BMT-nin"təhlükəsiz bölgə" adı ilə yaratdığı və 400 holladiyalı sülh qüvvələri tərəfindən qorunan Srebenitsaya sığındılar. Onlardan 25000 bir akumlyator fabrikinə yerləşdirildi. Lakin tezliklə onların hamısı elə bu sülh qüvvüləri tərəfindən Ratko Mladiç adlı serb komandirinə təslim edildi. Burada insanlar kütləvi olaraq qırıldı. Bosniyada 3 il davam edən müharibədə 312000 insan həlak olub. 2 milyon insan evindən qqaçqın düşdü. 27234 insan ümumiyyətlə itkin düşdü. Kütləvi məzarlıqlarda 20000 çox insanın cəsədi aşkarlanıb. Onlardan 18000-nin şəxsiyyəti müəyyənləşdirilib. Yerdə qalanların şəxsiyyətinin müəyyənləşdirilməsinə yandırılıb basdırılmaqları səbəb olub. Hər il yenə orada kütləvi və müstəqil qəbirlər aşkarlanır.

Ruandada soyqırımı- 1994-ci ildə, təxminən yüz gün ərzində 800 min tutsi və huduların öldürməsi hadisəsidir. Soyqırımı həyata keçirən Hutu hökumətinin o dövrdə ən yaxın müttəfiqi Fransa olması səbəbiylə Ruanda soyqırımından ən çox məsul tutulan ölkədir.

Əlcəzair soyqırımı- 1954-62-ci illərdə davam edən müstəqillik mübarizəsi əsnasında Əlcəzair qiyamını ört-basdır etmək üçün 1.5 milyon insan qətli olaraq qəbul edilib. Fransa rəhbərliyi, Əlcəzair qiyamını yatırtmaq üçün fransızlara böyük dəstək verib.



Yazının əvvəlində qeyd etdik ki, soyqırımları, qətliamlar, qırğınlar böyük (güclü) dövlətlərin kicik (zəif) dövlətlərə qarşı cirkin siyasətidir.

Bu yazımla soyqırıma mətuz qalmış tək dünya etniklərinə, xalqlarına, dövlətlərinə deyil, dəfələrlə soyqırım yaşamış xalqıma da kədər və ehtiramımı ifadə etməyə calışdım. Mənim xalqımda düz 1813-cü ildən üzü bu yana arada fasilələr olmaqla müxtəlif illərdə soyqırım dəhşətləri yaşadı. 1813-1828, 1905-1907, 1917-1918, 1920-33, 1940-45, 1948-53, 1989-1994....

Sizcə, ürəyim yana-yana yazdığım bu yazımda soyqırımçılar hegemon deyilmi?Yaxud da əksinə hegemonlar soyqırımçı deyilmi?

Əntiqə Rəşid