adalet.az header logo
  • Bakı 11°C
26 Fevral 2020 12:50
37198
ƏDƏBİYYAT
A- A+

Şahmar Əkbərzadə: ÖLÜ TORPAQLARA MƏZAR QAZILMIR



















Allah, bu torpağın kəsilib başı,
Quran oxumağa mollası yoxdur!
Kəfən axtarmağa qohum-qardaşı,
Şivən qoparmağa anası yoxdur!

Ana torpaq dedik axı ona biz.
Yığışın ay ellər, anamız ölüb!
Bizə öz qoynunda yer verənimiz,
Ruzular yetirən dünyamız ölüb!

Yerlərə, göylərə sığmaz bu günah,
Qatil özümüzük, müsibətə bax!
Öləni torpağa gömərlər, Allah,
Bəs ölmüş torpağı harda basdıraq?

1995