adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Fevral 2020 16:39
7937
GÜNDƏM
A- A+

MSK parlament seçkilərinə yekun vurulması məsələsinə baxır

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Adalet.az-ın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.

MSK-nın bugünkü iclasının gündəliyinə, həmçinin, Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi daxildir. Bundan əlavə MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi daxildir.